Event Office | Music & Live Event Management

Turan e-ticarət və e-ixracat Forum 2024

26 Noyabr tarixində ölkəmiz “Turan e-ticarət və e-ixracat Forumu” adlı böyük bir layihəyə ev sahibliyi edəcək.

Forum Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) və “Founder Club” Sahibkarlar klubunun təşkilatçılığı ilə baş tutacaq. Türkdilli ölkələr arasında ilk dəfə keçiriləcək tədbir, bu ölkələr arasında mövcud idxal və ixrac imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır.

Forum, elektron ticarət sektorunun qabaqcıl şirkətlərini və peşəkarlarını bir araya gətirərək, bazardakı inkişaf tendensiyaları, texnoloji yeniliklər və strateji yönləndirmələr barədə dərin müzakirələr aparmaq üçün mükəmməl bir fürsət yaradır. Bu ilki forumda iştirak edəcək qonaqlar arasında investorlar, orta və kiçik sahibkarlar, birlik rəhbərləri və iş adamları yer alacaq.

Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan,Pakistan, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya, Hindistan və Misir kimi ölkələrdən də investorların qatılması planlanır.

Forumda “S-Ticarət və ya E-ticarət”, “Azərbaycan Qlobal tədarük zənciri olmaq yolunda – Ələt Free Zone”, “E-ticarət Platformaları” başlıqlı panellər keçiriləcək. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə ortalama 500-dən çox ziyarətçinin qatılımı planlanır.

BU Etkinliğe Kalan Süre

Gün
Saat
Dakika
Saniye

Baku Marriott Boulevard Hotel

Adres: Khagani Rustamov Street, 4C Khatai District, Baku 1010
Telefon: (012) 310 00 10

Bu Etkinliği Paylaş

Üye Ol

Etkinlikleri Kaçırma

Etkinliklerimizden herkesten önce haberin olsun, sana özel indirimlerden yararlan!

EVENT OFFICE

EĞLENCEYİ KAÇIRMA

Hemen Üye Ol

Diğer Etkinlikler

Bizə yazın...
1
Sizə nece kömək edə bilərik?
EVENT OFFICE Team
Xoş gəldiniz. ☺️
Sizə nece kömək edə bilərik?